NATO TƏSDİQLƏDİ: İtkin düşən ABŞ əsgərləri öldürülüb


NATO-nun baş katibi Mark Rutte Litvanın Belarusla sərhədinə yaxın Pabrade şəhəri yaxınlığındakı ərazidə təlim zamanı itkin düşən 4 ABŞ əsgərinin öldürüldüyünü açıqlayıb.

Turkustan.az xəbər verir ki, rəsmi səfərdə olduğu Polşanın paytaxtı Varşavada mətbuat mənsublarının suallarını cavablandıran Rutte , Litvanın Belarus sərhədinə yaxın Pabrade şəhəri yaxınlığındakı ərazidə təlim zamanı itkin düşdüyü bildirilən 4 ABŞ əsgəri ilə bağlı son vəziyyəti paylaşıb.

Rutte hadisənin təfərrüatlarını bilmədiyini söyləyib: “Mən indi danışdığım zaman Litvada baş verən insidentdə 4 amerikalı əsgərin həlak olması xəbəri gəldi ”.

Bildirək ki, ABŞ-ın Avropa və Afrika Komandanlığının axşam saatlarında verdiyi açıqlamada, Pabrade şəhəri yaxınlığındakı bölgədə taktiki təlim keçirən 4 ABŞ əsgərinin itkin düşdüyü bildirilmişdi.

Hadisədən sonra Litva təhlükəsizlik qüvvələri ilə birgə axtarış əməliyyatı başlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ