Ukraynanın Rusiyaya ərazi güzəşti... - Palisa


Səudiyyə Ərəbistanındakı Ukrayna nümayəndə heyəti Rusiyaya hər hansı ərazi güzəştini müzakirə etməyib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa öz Teleqram kanalında bildirib.

"Qırmızı xətt”lərə gəlincə: ərazi güzəştlərindən söhbət gedə bilməz. Bu, bütün Ukrayna torpağıdır, biz onun uğrunda mübarizə aparırıq və istənilən şəraitdə mübarizə aparacağıq", - Palisa yazıb.

O, həmçinin vurğulayıb ki, görüş zamanı Ukrayna və ABŞ daha öncə razılaşdırılan hərtərəfli atəşkəslə bağlı texniki məsləhətləşmələri davam etdiriblər.

Qeyd edək ki, martın 23-də ABŞ və Ukrayna münaqişə ilə bağlı atəşkəs məsələlərini müzakirə edib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ