ABŞ-la münasibətlər yenidən düzgün istiqamətə qayıdır - Ukrayna


Ukrayna-Amerika münasibətləri yenidən düzgün istiqamətə qayıdır.

Turkustan.az xəbər verir ki, bunu “Reuters” agentliyinə müsahibəsində Prezident Aparatının rəhbəri Andrey Yermak deyib .

"Düşünürəm ki, amerikalılarla gözəl söhbətlərimiz var. İnanıram ki, bu münasibətlər doğru yola qayıdıb"-deyə, Yermak vurğulayıb .

Onun sözlərinə görə, Ukrayna tərəfi Səudiyyə Ərəbistanında aparılan danışıqlarda çox ciddi olduğunu nümayiş etdirib.

“Biz çox ciddi olduğumuzu göstərdik, amerikalılar bunu anladılar. Əziz amerikalı dostlar, başa düşürsünüz ki, biz tərəfdaşıq. Məqsədimiz bu idi. Rusiya sadəcə oyun oynayır-deyə, o əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ