Bu yaxınlarda ABŞ və Rusiya arasında Ukrayna müharibəsinin sona çatması ilə bağlı konsensus əldə olunsa da, Rutte Rusiya ilə münasibətlərlə bağlı mühüm açıqlama verib.
Turkustan.az xəbər verir ki, Rutte bəyan edib ki, Ukrayna müharibəsi bitdikdən sonra da Rusiya ilə münasibətlər normallaşmayacaq.
ABŞ və Rusiya arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən son görüşlə bağlı Ağ Evdən verilən açıqlamada Rusiyaya qarşı tətbiq edilən bəzi sanksiyaların ləğv oluna biləcəyi açıqlanıb.
Həmçinin ABŞ və Rusiya texniki heyətləri arasında 23-25 mart tarixlərində Ər-Riyadda Qara dənizdəki vəziyyətlə bağlı danışıqların nəticələri də paylaşılıb.
Aytən Yaşar/ Turkustan.az