Dəniz Baykalın qızından CHP-yə ŞOK: "Oğurluğumuzu yaxalayıb bizə cəza verdilər” deyəcəksiniz?"


CHP-nin mərhum lideri Dəniz Baykalın qızı Aslı Baykal ölkədəki son hadisələr fonunda partiya rəhbərliyinin hərəkətlərini tənqid edən açıqlama yayıb.

Turkustan.az xəbər verir ki, bir neçə gün öncə İmamoğlu həbs edilərkən də Aslı Baykalın yanaşması çoxları üçün gözlənilməz olmuşdu. “Bu araşdırmalar ölkənin ziyanına deyil, xeyrinədir və təmiz siyasətə doğru böyük addımlardır. CHP-nin vəzifəsi gözəl bir təqvim təyin etmək, təmiz qurultay keçirmək və Atatürkə həqiqətən bağlı bir heyətlə yoluna davam etməkdir” demişdi.

İndi isə Aslı Baykal sosial media hesabından CHP rəhbərliyini ölkədə gərginlik yaratmaqda qınayıb: “Türkiyənin əsl gündəmi, dünyada söz sahibi ölkə olma yolunda sürətlə irəliləyərkən ana müxalifət qapı-qapı gəzib dünyaya Türkiyəni şikayət edəcəkmiş. Bunun başqa bir nümunəsi varmı? Şikayət edib, "Oğurluğumuzu yaxalayıb bizə cəza verdilər” deyə şikayət edəcəklərmi? “Diplom qeyri-qanuni idi, qəbul etmədilər, siz söyləyin qəbul etsinlər” deyəcəklərmi? Allaha şükürlər olsun ki, ümumi seçkilərdə yox, yerli (bələdiyyə) seçkilərdə qalib gəldilər və millət onların nə yaşadacaqlarını gördü və canlarını qurtarmağa çalışırlar. Kral hesab etdilər özlərini və gücü əllərinə keçirsələr nələr edəcəklərini film flaqmanı kimi izlədik. Nifrət dolu nə axtarsan var. Çətin oldu, amma, təhlükənin ucundan dönmüşük”.

Mübariz/Turkustan.az

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ