Ukrayna Baş Kəşfiyyat İdarəsi rəis müavini Vadim Skibitski Rusiyanın müharibəni 2026-cı ilə qədər yekunlaşdırmaq niyyətində olduğunu açıqlayıb.
Onun sözlərinə görə, Rusiya 2045-ci ilə qədər mümkün hərbi münaqişələrlə bağlı 15 fərqli ssenari hazırlayıb. Bu ssenarilərin altısı Şimali Avropaya aiddir.
"Şimali Avropa, Baltikyanı ölkələr və Polşa bu təhlükəni anlayır. Xüsusilə Polşa üçün dörd fərqli müharibə ssenarisi nəzərdə tutulub. Polşa bunun birbaşa təhlükə olduğunu başa düşür", – deyə Skibitski vurğulayıb./Musavat.com