Ukrayna lideri Volodmir Zelenskinin reytinqi 59,6%-ə yüksəlib.
Turkustan.az xəbər verir ki, bu barədə "Razumkov" mərkəzinin keçirdiyi sorğunun məlumatlarında bildirilib.
Sorğu 28 fevral – 6 mart 2025-ci il tarixlərində Ukrayna hökumətinin nəzarətində olan və hərbi əməliyyatların aparılmadığı bölgələrdə 2,018 iştirakçı ilə üzbəüz şəkildə keçirilib.
Sorğunun nəticələrinə əsasən, son altı ayda Zelenskiyə olan dəstək artıb. Belə ki, 2024-cü ilin sentyabrında respondentlərin 51,2%-i ona etibar etdiyini bildirirdisə, hazırda bu göstərici 8,4% yüksəlib.
Zelenskidən başqa yalnız SBU rəhbəri Vasil Malyuk (+15.8%) və Nikolayev Vilayət Dövlət Administrasiyasının rəhbəri Vitali Kim (+0.7%) müsbət reytinq əldə edə biliblər. Digər siyasətçilər və ictimai xadimlərin reytinqi isə azalıb.
Həmin siyasətçiləri və ictimai xadimləri təqdim edirik
- TV aparıcısı Sergey Pritula (-14.8%);
- Daxili işlər naziri İqor Klimenko (-15.3%);
- Kiyev meri Vitali Kliçko (-15.5%);
- Müdafiə naziri Rüstəm Ümerov (-23.7%);
- Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Danilo Getmantsev (-29.2%);
- Baş nazir Denis Şmıqal (-31.5%);
- Prezident Administrasiyasının rəhbəri Andrey Yermak (-49.7%);
- Ali Radanın sədri Ruslan Stefançuk (-51.7%);
- Ukraynanın beşinci prezidenti Petro Poroşenko (-57.9%);
- "Xalqın Xidmətçisi" fraksiyasının lideri David Arahamia (-57.9%);
- Keçmiş baş nazir Yuliya Timoşenko (-72.0%);
- OPZZ lideri Yuriy Boyko (-76.6%);
- Prezident Administrasiyasının keçmiş müşaviri Aleksey Arestoviç (-82.2%). /AzPolitika.info/