Ərdoğandan Özgür Özələ: Kimsən ki, maliyyə nazirimizi şikayət edirsən? Bir gün sən də öləcəksən!


“Müxalifət partiyasının lideri hər yerdə dövlətimizi və maliyyə nazirimizi şikayət edir. Sən kimsən ki, mənim nazirimi şikayət edirsən. Sənin çəkin nədir?”

Turkustan.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında deyib.

“İndi vandallar tarixi məzarlara zərər verirlər. Özgür Özəl, bir gün sən də öləcəksən. O zaman sənin də məzar daşın olacaq. Bu tarixi abidələrə zərər verənlərə mütləq tədbirlər görüləcək. Onların hamısı təsbit edilərək cəzalanacaqlar.

Türkiyədə ana müxalifət partiyasının quldurların oyuncağı halına gəlməsi bizi çox narahat edir. CHP sədrinin vandallara qol-qanad gəlməsi bizi də rəncidə edir”, - Ərdoğan qeyd edib./Musavat.com


MANŞET XƏBƏRLƏRİ