Danimarka planını işə salır: Qadınlar məcburi hərbi xidmətə yollanır


Danimarka Müdafiə Nazirliyi 2026-cı ildən etibarən Danimarkanın qadınları orduya qəbul etməyə başlayacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Danimarkanın müdafiə naziri Troels Lund Poulsen verdiyi açıqlamada, "Mövcud müdafiə və təhlükəsizlik siyasəti vəziyyəti çərçivəsində silahlı qüvvələr daha çox insan cəlb etməlidir"-deyə, bildirib.

“Buna görə də 2025-ci ilin iyul ayı kişilər və qadınlar arasında tam bərabərliyə nail olmaq üçün mühüm tarixdir”.

Müvafiq olaraq, 2025-ci il iyulun 1-dən sonra 18 yaşı tamam olan qadınlardan hansının məcburi hərbi xidmət keçməli olduğunu müəyyən etmək üçün gələn ildən başlayaraq illik səsvermədə iştirak etmələri tələb oluna bilər.

Digər tərəfdən, artan Rusiya təhdidinə cavab olaraq, Danimarka fevral ayında növbəti iki il (2026 və 2027) üçün əlavə müdafiə xərclərinə 6,8 milyard avro xərcləyəcəyini açıqlamışdı. Ötən il bu rəqəm 5,4 milyard avro artmışdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ