Rusiya ABŞ-ın bu təklifini rədd etdi


Rusiya Xarici İşlər Nazirliyi Zaporojya Atom Elektrik Stansiyasının (AES) Rusiyaya məxsus olduğunu və stansiyaya nəzarətin başqa ölkəyə verilməsinin mümkün olmadığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, nazirlikdən edilən yazılı açıqlamada Zaporojya Atom Elektrik Stansiyasının Ukrayna və ya ABŞ tərəfindən idarə oluna biləcəyi ilə bağlı mətbuatda yer alan iddialar dəyərləndirilib.

Zaporojya AES-in Rusiyaya aid olduğu vurğulanan bəyanatda deyilir: “Stansiyaya nəzarəti Ukrayna və ya başqa bir ölkəyə vermək mümkün deyil”.

Açıqlamada zavodun başqa bir ölkə ilə birgə fəaliyyət göstərməsinin söz mövzusu olmadığına da diqqət çəkilərək, “NATO ölkələrinin kəşfiyyat xidmətlərinin təxribat potensialına malik olması, bu dövlətlərin nümayəndələrinin zavoda baş çəkməsinə müvəqqəti icazə verilməsini qeyri-mümkün edir”-deyə, bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ