CHP İmamoğlunun yerinə onu GƏTİRİR


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) İBB Başqan Vəkili üçün göstərəcəyi namizəd müəyyənləşib. Qərarın bu gün yerli vaxtla saat 13:00-da keçiriləcək bələdiyyə məclisi toplantısında veriləcəyi gözlənilir.

Turkustan.az "Haberler.com"a istinadən xəbər verir ki, kulis məlumatlarına görə, bu vəzifəyə Nuri Arslan namizəd göstəriləcək.

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) məclisi 314 üzvdən ibarətdir və partiyalar üzrə bölgü aşağıdakı kimidir:

CHP – 185 üzv

AKP – 120 üzv

MHP – 6 üzv

BBP – 2 üzv

Əvvəlcə CHP daxilində Üsküdar Bələdiyyəsinin sədri Sinem Dedetaş, Böyükçekmece Bələdiyyəsinin sədri Hasan Akgün və Eyüpsultan Bələdiyyəsinin sədri Mithat Bülent Özmen kimi adlar namizəd kimi nəzərdən keçirilsə də, seçkiyə az qalmış əsas namizəd Nuri Arslan olub.

Jurnalist və keçmiş CHP millət vəkili Barış Yarkadaş sosial media hesabında açıqlama verərək, CHP-nin namizədinin Nuri Arslan olduğunu bildirib. Yarkadaş, CHP-nin sədr müavini Gökan Zeybekin məclis üzvləri ilə görüşdə "Namizədimiz Nuri Arslandır" dediyini vurğulayıb.

Jurnalist Şaban Sevinç isə sosial media hesabında paylaşım edərək: "Əkrəm İmamoğlunun yerinə İBB Məclisi 1-ci Başqan Vəkili Nuri Arslan gəlir" ifadəsini işlədib.

Nuri Arslan Kimdir?

Nuri Arslan, 1969-cu ildə Sivas şəhərində doğulub. İlk və orta təhsilini İstanbulda tamamladıqdan sonra 1990-cı ildə Yıldız Texniki Universiteti Mühəndislik Fakültəsinin Gəmi İnşaatı (Gəmi Maşınları) bölümünü bitirib.

Karyera:

1999-2004 – Küçükçekmece Bələdiyyə Məclis Üzvü

2009-2017 – Türk Qızıl Aypara (Kızılay) Küçükçekmece Başqan Vəkili

2014-2018 – Beylikdüzü Sənaye və İş Adamları Dərnəyi (BEYSİAD) Başqanı

2014-2021 – İstanbul Sənaye və İş Adamları Federasiyası (İSİFED) İdarə Heyəti Üzvü

2009-2020 – Sivas Koyulhisar və Köyləri Xeyriyyə Vəqfi (KODAV) Başqan Vəkili

2011-2019 – Beylikdüzü Şəhər Şurası İcra Komitəsi Üzvü

2019-2024 – Beylikdüzü Bələdiyyəsi və İBB Məclis Üzvü

31 Mart 2024 – Beylikdüzü və İBB Məclisinə yenidən seçildi

15 Aprel 2024 – İBB Məclisi 1-ci Başqan Vəkili seçildi /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ