Tramp Ərdoğanı təriflədi: Yaxşı liderdir


ABŞ prezidenti Tramp Senatdan razılıq aldıqdan sonra dünyanın müxtəlif ölkələrinə səfər edəcək bəzi səfirlərlə Ağ Evdə görüşüb.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Ankara səfirliyinə namizədliyi irəli sürülən Barak digər səfirliyə namizədlərlə birlikdə mətbuata qısa açıqlama verib.

Trampla işləməkdən məmnun olduğunu və ona təşəkkürünü bildirən səfirliyə namizəd Barak Türkiyəni “ən qədim sivilizasiyalardan biri” adlandırıb.

ABŞ prezidenti Tramp Barakın sözlərinə “Bu, yaxşı ölkədir, lideri də yaxşıdır” deyə cavab verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ