Yunan əsgərlərin sözləri türkləri qəzəbləndirdi: İzahat istənildi – VİDEO


Yunanıstanın Müstəqillik Günü münasibəti ilə ordunun paradında əsgərlərin səsləndirdiyi şüarlar Türkiyədə birmənalı qarşılanmayıb.

Turkustan.az xəbər verir ki, əsgərlər “Kipr yunanındır” sözlərini deyib və Türkiyəyə ünvanlı təhqiramiz ifadə işlədiblər.

Onların Yunanıstan Dəniz Qüvvələrinin üzvləri olduğu çıxıb.

Türkiyənin Xarici İşlər Nazirliyi məsələyə müdaxilə edərək sözügedən hərəkəti pisləyib. Bu addım iki ölkə arasında əlaqələrin pozulması üçün bir vasitə olaraq dəyərləndirilib. O cümlədən, rəsmi Afinadan izahat tələb edilib. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ