İran rialı dollar qarşısında tarixi minimuma düşdü


İran rialı ABŞ dolları qarşısında yeni antirekord səviyyəyə enib.

Turkustan.az xəbər verir ki, çərşənbə axşamı məzənnə 1 dollar üçün 1 milyon 36 min rial səviyyəsində olub.

Ekspertlərin fikrincə, kəskin enmə keçən həftə Vaşinqtonun İran neft sektoruna qarşı yeni məhdudiyyət tədbirləri elan etməsi fonunda baş verib.

Xatırladaq ki, 2018-ci ildə İran valyutasının məzənnəsi 1 dollar üçün təxminən 55.000 rial təşkil edirdi. /axar.az/


MANŞET XƏBƏRLƏRİ