Parisdən skandal addım: Zəngəzurda "konsulluq ofisi" açır


Fransa Zəngəzur bölgəsində tammiqyaslı konsulluq deyil, "konsulluq ofisi" açmağa qərar verib.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekottini deyib.

Onun sözlərinə görə, bu ofis fəxri konsul tərəfindən idarə olunacaq və Gorus şəhərində yerləşəcək.

Dekottini Gorusun seçilmə səbəbini belə əsaslandırıb:

“Gorus bir tərəfdən Zəngəzurun kəsişmə nöqtəsidir, digər tərəfdən isə fransız dili ilə xüsusi bağlara malikdir. Əhalinin tərkibini nəzərə alsaq, bu, Ermənistanın ən çox fransızdilli şəhəri ola bilər”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ