ABŞ müdafiə naziri Pit Heqset "Atlantic" jurnalının redaktoru Cefri Qoldberqin Vaşinqton rəsmilərinin iştirak etdiyi mesajlaşma zəncirində müharibə planlarının müzakirə edildiyinə dair xəbərlərini təkzib edib.
Turkustan.az xəbər verir ki, Qoldberqin Yəməndə Husilərə qarşı hücumlar üçün ABŞ ordusunun müharibə planlarını müzakirə edən Siqnal qrupuna daxil edildiyini açıq şəkildə bildirməsindən sonra bu bəyanatla çıxış edib.
Açıqlamasında Qoldberqi "yanıltıcı" və "diskreditə edilmiş jurnalist" olaraq xarakterizə edən Heqset mesajlarda heç kimin müharibə planlarını müzakirə etmədiyini vurğulayıb.
O, Qoldberqin söhbət qrupuna necə qarışdığını və ya mesajlaşma üçün Signal tətbiqindən istifadə etməyi niyə seçdiyini şərh etməyib.
Aytən Yaşar/ Turkustan.az