Rusiya Müdafiə Nazirliyi Donetsk və Zaporojya vilayətlərində iki yaşayış məntəqəsini ələ keçirdiklərini bildirib.
Turkustan.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumatlar paylaşılıb.
Rusiya ordusunun Ukraynada cəbhədə mövqelərini gücləndirdiyi bildirilən bəyanatda deyilir: “Rusiya qoşunlarının fəal və qətiyyətli hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Mirnoye qəsəbəsi və Zaporojya vilayətinin Maliye Şerbaki qəsəbəsi azad edilib”.
Açıqlamada son 24 saat ərzində 148 bölgədə Ukraynanın hərbi hava limanı infrastrukturuna, pilotsuz uçuş aparatının (PUA) idarəetmə mərkəzlərinə, sursat anbarlarına və hərbi texnika təmir bazalarına hücumların təşkil edildiyi, 98 Ukrayna PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu qeyd edilib.
Aytən Yaşar/ Turkustan.az