ABŞ-da ŞOK HADİSƏ: Müharibə planı jurnalistə göndərildi - FOTO


ABŞ ordusunun Yəməndə husilərə qarşı hücumları üçün döyüş planlarının milli təhlükəsizlik rəsmisi tərəfindən səhvən Atlantic jurnalının redaktoru Ceffri Qoldberqə göndərildiyi üzə çıxıb.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Yəmənlə bağlı müharibə planlarının səhvən jurnalistə göndərilməsi Amerika ictimaiyyəti arasında mübahisələrə səbəb olub.

Müharibə planlarının göndərildiyi Atlantic jurnalının redaktoru Qoldberqin açıqladığı vəziyyəti Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hughes da təsdiqləyib.

“Atlantic” jurnalının redaktoru Qoldberq də jurnalın saytında öz məqaləsindəki mesajların şəkillərini paylaşıb.

Paylaşılan görüntülərdə ABŞ-ın vitse-prezidenti James David Vance adı ilə istifadə edilən hesabla ABŞ Müdafiə Naziri Pete Heqset adı ilə istifadə edilən hesab arasında söhbətlər görülüb.

Qoldberq, “Tramp administrasiyası səhvən mənə müharibə planlarını mesajla göndərdi” başlıqlı məqaləsində əvvəlcə milli təhlükəsizlik rəsmilərinin daxil olduğu Siqnal qrupuna əlavə olunduğunu, sonra isə müdafiə naziri Pit Heqsətdən Yəmənə hücumlarla bağlı təfərrüatların yer aldığı mətn mesajı aldığını açıqlayıb.

"ABŞ milli təhlükəsizlik rəsmiləri məni Yəməndə gözlənilən hərbi zərbələrlə bağlı qrup söhbətinə daxil etdilər. Əvvəlcə bunun real olduğunu düşünmədim. Sonra bombalar düşməyə başladı"-deyə, Qoldberq yazıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ