Rusiya, ABŞ və Ukrayna təhlükəsiz naviqasiyanı təmin etmək və Qara dənizdə güc tətbiqini istisna etmək barədə razılığa gəliblər.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya və ABŞ ekspert qruplarının Ər-Riyadda keçirilən görüşünün yekunları üzrə Ağ Evin yazılı bəyanatında deyilir.
“ABŞ-Rusiya Qara Dəniz Ekspert Qruplarının 23-25 mart tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki işinin nəticələrinə” həsr olunmuş sənəddə qeyd edilir ki, “Birləşmiş Ştatlar və Rusiya gəmiçiliyin təhlükəsizliyini təmin etmək, güc tətbiqindən çəkinmək və Qara dənizdə ticarət gəmilərindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq barədə razılığa gəliblər”.
Aytən Yaşar/ Turkustan.az