Cənubi Koreyada impiçment tələbi rədd edildikdən sonra prezident səlahiyyətlərini icra edən Han Duk-soo Şimali Koreyanın bölgədə gərginliyi artıran hərəkətləri qarşısında orduya “tam hazır olmaq” əmrini verib.
Turkustan.az xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının fövqəladə sessiyasında çıxış edən Han, Pxenyanın davam edən "hərbi təhdidləri" qarşısında xalqı və onların dolanışıq vasitələrini qorumaq üçün ordunu "tam" hazır olmağa çağırıb.
Han xalqa müraciətində ABŞ prezidenti Donald Trampın yenidən vəzifəyə təyin olunmasından sonra dəyişən iqtisadi və siyasi şərtlərə toxunub.
ABŞ və digər müttəfiqləri ilə əməkdaşlığı gücləndirmək üçün Xarici İşlər Nazirliyinə diplomatik səyləri artırmağı tapşırdığını qeyd edən Han, “Hazırda reallığa çevrilmiş ticarət müharibəsində milli maraqlarımızı təmin etmək üçün bütün bilik və bacarıqlarımı istifadə edəcəyəm”-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az