Daxili işlər naziri Ali Yerlikaya 19 martdan bu yana İstanbul Böyükşəhər Bələdiyyəsinin istintaqı ilə bağlı keçirilən etirazlarda saxlanılanlar barədə açıqlama verib.
Turkustan.az xəbər verir ki, nazir İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı başladılan korrupsiya və terror istintaqı ilə bağlı keçirilən qanunsuz nümayişlərdə son 6 gündə 1418 şübhəlinin saxlanıldığını açıqlayıb.
O, öz hesabında belə bir açıqlama verib: " Hazırda 979 şübhəli həbsdə olduğu halda, bu gün 478 nəfər məhkəmə qarşısına çıxarılacaq. Küçələrdə terror törətməyə cəhd edənlərə, milli-mənəvi dəyərlərimizə, polis idarələrimizə hücum edənlərə heç bir güzəşt edilməyəcək".
Aytən Yaşar/ Turkustan.az