Almaniyanın xarici işlər naziri Annalena Baerbok İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror araşdırmaları ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Baerbok sosial media hesabından bunları deyib: "İmamoğlu və digərlərinə edilənlər fonunda Türkiyənin AB-yə üzvlük öhdəliyi boş söz kimi səslənir. Siyasi rəqiblərin yeri həbsxana və ya məhkəmə deyil. Öz gələcəyini Avropa Birliyində görən bir ölkədə qanunun aliliyi hökm sürməlidir".
Baerbok açıqlamasını belə davam etdirib:
"Bu təlatümlü geosiyasi dövrdə əməkdaşlığımız üçün türklərin son 100 ildə qurduqları kimi demokratik və güclü vətəndaş cəmiyyətinə malik olan, qanunun aliliyinin hökm sürdüyü Türkiyə lazımdır”.
Aytən Yaşar/ Turkustan.az