Peskov: ABŞ-Rusiya görüş ilə bağlı təhlillər aparırıq


Kremlin sözçüsü Dmitri Peskov Rusiya və ABŞ ekspertləri arasında dünən keçirilən görüşlə bağlı məlumat verib.

Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərlə cari məsələləri müzakirə edib.

Dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ ekspertləri arasında aparılan danışıqlara toxunan Peskov, "Uzun sürən danışıqların nəticələri paytaxtlara bildirildi və təhlil edilir. Bu danışıqlarda texniki məsələlər müzakirə edildi. Bu səbəbdən danışıqların nəticələri ictimaiyyətlə paylaşılmayacaq"-deyə, bildirib.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlarla bağlı telefon danışığı planlaşdırmadığını deyən Peskov: "Təmasların davam edəcəyi ilə bağlı anlaşma var, lakin hələlik konkret bir şey yoxdur" deyib.
O, həmçinin əlavə edib ki, Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün keçirilməsi planı yoxdur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ