İrəvan merinin kürdlərlə bağlı bu sözü qalmaqala səbəb oldu


Ermənistan parlamentinin “Hayastan” blokunun deputatı Qeqam Manukyan İrəvan meri Tiqran Avinyanın yanlış bəyanatına görə Ermənistanın kürd icmasından üzr istəyib.

Turkustan.az Publika.az-a istinadla xəbər verir ki, parlamentin növbəti dördgünlük iclasının açılışında o, “Mülki Müqavilə” fraksiyasının Avinyanı “papaqda kürd” – “sadə, dar düşüncəli adam” mənasını verən kobud danışıq dili ifadəsini işlətdiyinə görə açıq şəkildə qınamasını gözlədiyini söyləyib.

Buna cavab olaraq parlamentin spikeri Alen Simonyan merin bəyanatına haqq qazandırmağa çalışaraq qeyd edib ki, danışıq nitqində hansısa milləti təhqir etmək məqsədi daşımayan ifadələr var.

“Mən əmin deyiləm ki, cənab Avinyan hansısa xalqın nümayəndələrini incitmək istəyib”, - Simonyan bildirib.

O, həmçinin xatırladıb ki, Manukyanın özü də əvvəllər təhqiramiz bəyanatlar verib - xüsusən də sosial şəbəkədəki səhifəsində Mülki Müqavilə partiyasının seçicilərinin ünvanına nalayiq ifadələr yerləşdirib.


MANŞET XƏBƏRLƏRİ