İsrailli jurnalist Gideon Levy Qəzzada 2 milyondan çox insanın başına gətirilən 15 aydır dağıntılar, kütləvi qətllər və soyqırımlara baxmayaraq İsrailin məqsədlərinə çata bilmədiklərini ifadə edərək, Qəzzaya hücumların yenidən başlaması təkcə cinayət deyil, həm də əxlaqsızlıqdır deyib.
Turkustan.az xəbər verir ki, Levi İsrail hökumətinə, 15 ayda 50 minə yaxın qurbanla uğur qazana bilmədinizsə, daha 15 ayda daha 50 min qurbanı öldürməklə uğur qazanacağınızımı düşünürsüz?- sualını ünvanlayıb.
İsrailin heç bir planının olmadığını qeyd edən Levi: "Netanyahu hökumətini saxlamaq üçün yüzlərlə fələstinli öldürülür"-deyə, bildirib.
"Netanyahu çox yaxşı bilir ki, daha 10 il mübarizə aparsa belə, məqsədlərə çatmayacaq. Bu, yalnız hökumətini qoruyub saxlamaqla bağlıdır. Bir neçə günə büdcəni parlamentdə qəbul etməlidir. Bunun üçün ona səs çoxluğu lazımdır. Çünki, büdcə təsdiq olunmasa, onun hökuməti yıxılacaq. Bu səbəbdən o, Ben-Qviri geri qaytarmalı oldu. Ben-Qviri geri qaytarmaq üçün də müharibəni yeniləməli oldu"-deyə, jurnalist əlavə edib.
Aytən Yaşar/ Turkustan.az