İmamoğlu ilə görüşən Özəl Ərdoğana “sürpriz” vəd etdi


Bu bayramı Ankarada qeyd etmirik. Bu bayram Tayyib Ərdoğan üçün yeni bir sürpriz olacaq.

Turkustan.az xəbər verir ki, bu sözləri CHP sədri Özgür Özəl Silivri həbsxanasında İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifədən alınan sədri Əkrəm İmamoğlunu ziyarət edəndən sonra mediaya açıqlamasında deyib.

O bildirib ki, bayramda (Ramazan bayramı nəzərdə tutulur – red.) Ankarada iqtidarla bayramlaşma mərasiminə getməyəcəklər.

“Bu bayram Ərdoğan üçün yeni bir sürpriz olacaq. Dayanmırıq, sürpriz etməyə davam edəcəyik. Türkiyəni idarə edənlər adına içində olduğum atmosferdən utanıram. Onlar bükə bilmədikləri biləyi məhkəmənin əli ilə qırmağa çalışırlar”. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ