Ərdoğan: Təxribatlarla vətəndaşlarımızın dincliyini pozmağa son verin!


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Vətəndaşlarımızın dincliyini təxribatlarla pozmağı dayandırın. Əgər cəsarətiniz varsa, korrupsiyanın, oğurluğun, alınan rüşvətin hesabını verin"-deyə, bildirib.

Turkustan.az xəbər verir ki, Ərdoğan Prezident Külliyesində Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.
O, mərkəzi İstanbulda olan korrupsiya əməliyyatından sonra ortaya çıxan və ana müxalifət partiyasının liderinin küçə çağırışından sonra sürətlə zorakılığa çevrilən hadisələri xalqın maraqla izlədiyini vurğulayıb.

Marjinal təşkilatlar və şəhər quldurlarının hücumları nəticəsində 5 gündə 123 təhlükəsizlik əməkdaşının yaralandığını bildirən Ərdoğan yaralılara şəfa diləyib, səbir və soyuqqanlılıqla üzərinə düşən vəzifəni yerinə yetirən təhlükəsizlik qüvvələrinə təşəkkür edib.

O, daha əvvəl etdiyi çağırışı bir neçə dəfə təkrarladığını bildirib və bunları qeyd edib:

"Əgər davam edən istintaqda ittihamlara və həbs olunanlara tam zəmanət verirsinizsə, çıxıb bunu kişi kimi açıq şəkildə söyləyin. Əgər belə niyyətiniz yoxdursa, xalqı əsəbləşdirməyin. Siz də 5 gündür ki, görürsünüz. O qədər qışqırırlar ki, əslində etdiklərinə, dedikləri sözlərə, göstərdikləri rəftarlara inanmadıqlarını sözləri ilə etiraf edirlər. İstər doğru, istərsə də yanlış, söz və hərəkətlərinə inanan insanların mövqeyindən zərrə qədər də olsa, işarə yoxdur. Başda FETÖ olmaqla ölkəmizi təqib edən təşkilatlardan, gözümüzə baxa-baxa illərlə yalan danışan beynəlxalq aktyorlardan bu ikiüzlülüklə tanışıq. İmansız oynanan hər oyun kimi onların şousu da pərdə bağlananda bitəcək. O vaxt geriyə baxanda, əgər hörmətləri qalsa, ölkəyə, millətə etdikləri pisliklərdən utanacaqlarına inanıram. Baxmayaraq ki, indiyədək belə şərəfli davranışın şahidi olmamışıq. Amma biz ölkənin gələcəyinə, rifahına ümidimizi itirmək istəmirik”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ