Ərdoğanı və ailəsini təhqir edən 41 nəfər saxlanıldı


İstanbulun Saraçhane şəhərində keçirilən icazəsiz nümayişlərdən sonra prezident Rəcəb Tayyib Ərdoğanı və ailəsini təhqir etməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Turkustan.az xəbər verir ki, İstanbul Baş Prokurorluğun başlatdığı istintaqda İstanbul Böyükşəhər Bələdiyyəsini (İBB) hədəf alan korrupsiya və terror araşdırmalarına etiraz olaraq Saraçhanedə keçirilən icazəsiz nümayişlərdən sonra 41 şübhəlinin prezident Ərdoğan və ailəsini təhqir etdiyi müəyyən edilib.

Prokurorluq şübhəlilər barəsində “Prezidenti təhqir etmək”, “Yığıncaq və nümayişlər haqqında qanunu pozmaq”, “Növbəti vəzifəni yerinə yetirən zabitə müqavimət göstərmək” maddələri ilə həbs qətimkan tədbiri seçib.

Şübhəlilərin polis bölməsində əməliyyatları davam etdirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ