Fələstin: Qəzzaya hücumları dayandırması üçün İsrailə təzyiq edilməlidir


Fələstin prezidenti Mahmud Abbas beynəlxalq ictimaiyyəti Qəzzaya hücumlarına və fələstinliləri işğal altındakı İordan çayının qərb sahilinə məcbur etmək siyasətinə son qoyması üçün İsrailə təzyiq göstərməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Abbas Ramallahda Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ilə görüşüb.

Fələstin prezidenti Abbas: "Beynəlxalq ictimaiyyət Qəzza zolağında xalqımıza qarşı həyata keçirdiyi soyqırımı dərhal dayandırmalıdır"-deyə, bildirib.

Qəzzada davamlı atəşkəsin vacibliyini izah edən Abbas humanitar yardımların çatdırılması üçün Qəzzanın sərhəd qapılarının açılmasının vacibliyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ