ABŞ-Rusiya görüşündə nələr danışıldı? - TƏFƏRRÜATLAR AÇIQLANDI


Bazar ertəsi Səudiyyə Ərəbistanının paytaxtında Rusiya və ABŞ ekspert qrupları arasında keçirilən danışıqlarda dialoq asan olmasa da, iki ölkə üçün faydalı olub.

Turkustan.az xəbər verir ki, bu barədə TASS-a Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri və Rusiya nümayəndə heyətinin üzvlərindən biri Qriqori Karasin məlumat verib.

"Hər şey müzakirə olundu, zəngin, çətin dialoq oldu, lakin bizim və amerikalılar üçün çox faydalı oldu. Bir çox problemlər müzakirə edildi. Əlbəttə, hər şey həll olunmadı, hər şey razılaşdırılmadı, amma belə bir söhbətin baş tutması, mənə elə gəlir ki, tam zamanında atılan addım idi".

Karasin bildirib ki, Rusiya və ABŞ arasında danışıqlar beynəlxalq ictimaiyyətin, o cümlədən BMT və ayrı-ayrı ölkələrin iştirakı ilə davam etdiriləcək.

"Biz beynəlxalq ictimaiyyəti, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatını və ayrı-ayrı ölkələri cəlb etməklə bunu davam etdirəcəyik. Ümumiyyətlə, lazımlı və zəruri olan belə konstruktiv dialoq təəssüratı qalır. Amerikalılar da bunda maraqlıdırlar"- deyə, o bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ