"Vahid Rusiya” Partiyasının deputatı Nikolay Tsed küçə itlərindən sabun istehsalı üçün xammal kimi istifadə etmək barədə şok təkliflə çıxış edib.
Turkustan.az Lent.az-a istinadla xəbər verir ki, onun sözlərinə görə, sahibsiz heyvanlar cəmiyyət üçün təhlükə yaradır və potensial resurs kimi baxılmalıdır.
"Hər bir sahibsiz it hər an"atəş edə" bilən dişli silahdır" deyən Tsed öz fikrini evsiz heyvanların sayına nəzarət etmək zərurəti ilə əsaslandırıb.
Deputat arqument kimi, guya SSRİ-də təsərrüfat məqsədləri üçün sahibsiz itlərin emalı təcrübəsini göstərib. Bununla belə, tarixçilər və ekspertlər qeyd edirlər ki, bu cür iddialar mifdir və heç bir sənədli dəlil yoxdur.
Bu təklif heyvan hüquqları müdafiəçiləri və ictimaiyyət tərəfindən kəskin tənqidlərə səbəb olub. Fəallar bu təşəbbüsü əxlaqsızlıq və heyvanlara qarşı humanist rəftar standartlarına zidd adlandırıblar.
Mütəxəssislər hesab edirlər ki, evsiz heyvanların problemi radikal üsullarla deyil, sterilizasiya proqramları, sığınacaqlar və ev heyvanlarına məsuliyyətli sahiblik yolu ilə həll edilməlidir.