Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdə media qarşısında ABŞ prezidenti Donald Trampla mübahisəsi ilə bağlı "Time" jurnalına yeni açıqlama verib.
Turkustan.az xəbər verir ki, indiyədək tarixi debatla bağlı təfərrüatlı açıqlamalar verməkdən yayınan Zelenski: “Görüş zamanı Ukraynanın şərəfini müdafiə edirdim” deyib. O, bu dəfə öz qiymətləndirməsini genişləndirib.
Görüş zamanı öz dəyərlərini göstərmək istədiyini deyən Zelenski, vəziyyətin sonradan başqa yerə çevrildiyini bildirib və bu zaman Ukraynanın şərəfini qorumaq istədiyini vurğulayıb.
"Ukraynalılar niyə müharibədə özlərini müdafiə edirlər? Ləyaqətlərinə görə"-deyən, Zelenski əlavə edib ki, onlar özlərini fövqəlgüc kimi görmürlər, amma namus, azadlıq və demokratiyaya gəlincə, ayağa qalxıb birləşirlər.
Aytən Yaşar/ Turkustan.az