Ukrayna ordusu Rusiyanın Belqorod vilayətində daha bir yaşayış məntəqəsinə nəzarəti ələ alıb.
Turkustan.az xəbər verir ki, məlumatı Rusiya Telegram kanalları yayıb. Belə ki, “Romanov Light” Telegram kanalını idarə edən rusiyalı müharibə müxbiri Vladimir Romanov axşam Rusiya ordusunun Belqorod vilayətinin Krasnoyarsk rayonunda yerləşən Popovka kəndini itirdiyini yazıb. O, dünən səhər bu yaşayış məntəqəsinə hücumun başladığı barədə məlumat vermişdi: "Ukraynanın müvəqqəti işğal etdiyi Rusiyanın Belqorod vilayətinin Krasnoyarsk rayonu, Popovka qəsəbəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib". /yenisabah.az/