Peskov: Rusiya ABŞ-la görüşdən sonra heç bir sənəd imzalamayacaq


Rusiya Federasiyası və ABŞ-ın ekspert qrupları Ər-Riyaddakı məsləhətləşmələrdən sonra heç bir sənəd imzalamağı planlaşdırmır.

Turkustan.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
“Xeyr. Heç bir sənəd nəzərdə tutulmayıb”- deyə, o, müvafiq sualı cavablandırıb.

Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edir. Amerika nümayəndə heyətinin tərkibinə Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Endryu Pik, Dövlət Departamentinin Siyasət Planlaması üzrə direktoru Maykl Anton, həmçinin Ukrayna üzrə xüsusi elçinin köməkçiləri Keyt Kelloq və Milli Təhlükəsizlik müşaviri Mayk Vals daxildir.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, məsləhətləşmələrin əsas mövzusu Qara dəniz taxıl təşəbbüsünün bərpası elan edilib. Belə razılaşmalar Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı zamanı əldə olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ