Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) mexaniki nasazlıq səbəbindən təxminən 1,3 milyon Ford pikap maşını ilə bağlı araşdırma başlatdığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, NHTSA açıqlamasında bildirib ki, baxış 2015-2017 model F-150 pikaplarını əhatə edir.
Açıqlamada heç bir xəbərdarlıq və sürücünün müdaxiləsi olmadan hərəkət zamanı sürət qutusunun gözlənilmədən və istəmədən aşağı vitese keçdiyi sözügedən nəqliyyat vasitələri ilə bağlı 138 istehlakçı şikayətinin daxil olduğu bildirilib.
Açıqlamada bildirilib ki, gözlənilmədən sürət endirməsi avtomobilin ani və sürətlə yavaşlamasına səbəb olur və bəzi şikayətlərdə sürəti endirərkən avtomobilin arxa təkərlərinin müvəqqəti olaraq kilidlənməsi, bunun da avtomobilin idarəetməni itirməsinə, qəza və yaralanma riskinin artmasına səbəb olur.
Açıqlamada, bu çərçivədə təxminən 1,3 milyon Ford F-150 pikap ilə bağlı araşdırma başladıldığı ifadə edildi.
Aytən Yaşar/ Turkustan.az