Pezeşkian hökuməti Türkiyədəki olaylara BELƏ REAKSİYA VERDİ


İran Prezidenti Məsud Pezeşkian hökumətinin sözçüsü Türkiyə etirazlarına ilk dəfə münasibət bildirib.

Turkustan.az xəbər verir ki, İran hökumətinin sözçüsü Fatimə Mohacerani İstanbul meri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə başlayan kütləvi nümayişləri şərh edərkən deyib: “Bizim qonşularımızın daxili işlərinə qarışmaq niyyətimiz yoxdur”.

"İran İslam Respublikasının qonşularına qarşı siyasəti onların daxili işlərini özündə saxlamaqdan ibarətdir" deyə Mohacerani qeyd edib.


MANŞET XƏBƏRLƏRİ