Bəzi media orqanlarında Türkiyənin maliyyə naziri Mehmet Şimşəkin istefaya hazırlaşması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
M.Şimşək də yayılan məlumatlara sosial şəbəkə hesabında aydınlıq gətirib:
“İşimizin başındayıq. Xahiş edirəm, əsli olmayan xəbərlərə inanmayın!”
Qeyd edək ki, İBB başqanı İmamoğlunun saxlanılmasından sonra dollar kəskin bahalaşmış və 40 lirəni keçmişdi. Hazırda isə dollar 38 lirə civarındadır. /axar.az/