Tramp qəzəbləndi: Mənim şəklimi silin!


ABŞ prezidenti Donald Tramp: "Rəssam ABŞ-ın keçmiş prezidenti Barak Obamanı da çəkib və o, əla görünür. Amma mənimki həqiqətən də ən pisdir. Rəssam yaşlandıqca istedadını itirib"-deyə, bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kolorado ştatının Kapitolunda onun portretinin “qəsdən eybəcərləşdirildiyini” iddia edərək götürülməsini tələb edib.

Tramp Truth Social-da paylaşdığı paylaşımda Kolorado Kapitolunda çəkdiyi portretinə reaksiya verib.

"Heç kim pis fotosunu və ya öz şəklini bəyənmir." Tramp bu ifadədən istifadə edərək, onun portretinin Kolorado Kapitoliyasındakı digər prezidentlərin portretləri arasında “qəsdən təhrif edildiyini” bildirib.

Bu portretin yerinə şəklinin asılmamasına üstünlük verdiyini ifadə edən Tramp, Koloradoda bir çox insanın bundan qəzəbləndiyini və şikayətləndiyini qeyd edib.

Tramp "xarici terror təşkilatı" olaraq xarakterizə etdiyi "Tren de Aragua" adlı Venesuela bandasına bağlı immiqrantları deportasiya etməkdə "zəif" olaraq xarakterizə etdiyi Qubernator Jared Polisdən portretin çıxarılmasını tələb edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ