Zaxarova: ABŞ-la Ər-Riyaddakı danışıqlardan irəliləyiş gözləməyin


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ər-Riyadda davam edən Rusiya-Amerika məsləhətləşmələrindən heç bir irəliləyiş gözləməməyə çağırıb.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, iclasda iş bir neçə istiqamətdə gedir.

"Bunlar bağlı qapılar arxasında gedən danışıqlardır. Təbii ki, biz bir neçə istiqamətdə işlərin aparıldığını başa düşmək üçün bəzi irəliləyişləri gözləmək lazım deyil"-deyə, diplomat Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin tələbələri ilə görüşündə deyib.

O, vurğulayıb ki, Rusiya Federasiyasının müəyyən etdiyi əməliyyatın məqsəd və vəzifələrini xatırlamaq lazımdır.

Bildirək ki, martın 24-də Rusiya Federasiyası və ABŞ nümayəndələri arasında məsləhətləşmələr başlayıb. Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edir. Amerika nümayəndə heyətinin tərkibinə Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Endryu Pik, Dövlət Departamentinin Siyasət Planlaması üzrə direktoru Maykl Anton, həmçinin Ukrayna üzrə xüsusi elçinin köməkçiləri Keyt Kelloq və Milli Təhlükəsizlik müşaviri Mayk Vals daxildir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ