Ukraynadakı münaqişənin qaynar mərhələsi 2025-ci ildə başa çatacaq.
Turkustan.az xəbər verir ki, bunu Vladimir Zelenskinin ofisinin rəhbərinin keçmiş müşaviri Aleksey Aretoviç rusiyalı bloger Nikolay Sobolevə müsahibəsində bildirib.
“Hər şey ona doğru gedir. “Üç addım irəli, iki addım geri” prinsipinə əsaslanır, amma buna baxmayaraq... Tərəflər həqiqətən də bu gün müharibənin başa çatmasında maraqlıdırlar”, - deyə o, öz fikirlərini bölüşüb.
Aretoviçin sözlərinə görə, bu, tərəflərin qlobal münaqişəyə son qoymaqda maraqlı olması demək deyil, lakin silahlı qarşıdurmanın bu mərhələsinin 2025-ci ildə başa çatacağına demək olar ki, şübhə yoxdur.
Bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff jurnalist Taker Karlsona müsahibəsində bəyan etmişdi ki, Rusiya Federasiyasının tərkibinə daxil olan regionların statusu Vaşinqton üçün Ukrayna münaqişəsinin mərkəzi məsələsidir. Onun sözlərinə görə, bu məsələdə Rusiya tərəfi ilə dialoq “müsbət” gedir.
Xüsusi nümayəndə qeyd edib ki, silahlı qarşıdurmanın digər əsas mövzusu regionların beynəlxalq ictimaiyyət, o cümlədən Kiyev tərəfindən tanınmasıdır. /publika.az/