Hakan Fidan ABŞ-a gedir: İlk ikitərəfli səfər olacaq


Xarici işlər naziri Hakan Fidan sabah ABŞ-a rəsmi səfər edəcək. Donald Trampın ikinci dövrünün ilk ikitərəfli səfəri zamanı ikitərəfli münasibətlər və regional hadisələr müzakirə olunacaq.

Turkustan.az xəbər verir ki, xarici işlər naziri Hakan Fidan martın 25-26-da ABŞ-a səfər edəcək. Nazir Fidan amerikalı həmkarı Marko Rubio və digər ABŞ rəsmiləri ilə görüşəcək. Bu səfər Tramp administrasiyası dövründə ilk ikitərəfli səfər olacaq.

Fidanın gündəmində regional məsələlərlə yanaşı, ikitərəfli münasibətlər də yer alacaq. Görüşdə ABŞ administrasiyasından gözləntilər çatdırılacaq. Tramp administrasiyasının əvvəlki dövrdə tətbiq etdiyi CAATSA sanksiyalarının ləğvi tələbi yenidən dilə gətiriləcək.

F-16 satınalma prosesində qalan prosedurların sürətlə tamamlanması və F-35 prosesinə qayıtmaq üçün addımların atılması da gündəmdə olacaq. Görüşün digər əhəmiyyəti də liderlər arasında görüşə hazırlıq xarakteri daşımasıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ