Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Baş Kəşfiyyat İdarəsi, Raket Qoşunları və Artilleriya ilə birlikdə Rusiyanın Belqorod vilayətindəki hərbi texnikasına zərbə endirib.
Rəsmi məlumata görə, əməliyyat nəticəsində iki Ka-52 və iki Mi-8 tipli helikopter məhv edilib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Rusiya tərəfi hələlik bu iddialara münasibət bildirməyib. /nuh.az/