Ərdoğan NK-nı toplayır: İmamoğlunun həbsi...


Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə Nazirlər Kabinetinin iclasına sədrlik edəcək.

Turkustan.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Bildirilib ki, iclasda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da daxil olmaqla, 91 şübhəlinin saxlanıldığı istintaq və hüquqi proseslər müzakirə olunacaq.

Bundan başqa, “Terrorsuz Türkiyə” məqsədi istiqamətində terrorla mübarizə əməliyyatlarının davam etdirilməsi də Nazirlər Kabinetinin gündəmində olacaq.

Həmçinin fevralın 27-də İmralıdan gələn çağırışdan sonra PKK-nın atəşkəs elan etməsi, lakin gözlənilən tərk-silahla bağlı addım atmaması da müzakirə mövzuları arasındadır. /axar.az/


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Mart 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31