HƏMAS lideri İsrailin hücumunda həlak oldu


HƏMAS siyasi bürosunun üzvü İsmayıl Bərhumun İsrailin Qəzzanın cənubundakı Xan Yunisdəki Nasser xəstəxanasına endirdiyi hava zərbəsi nəticəsində öldürüldüyünü açıqlayıb.

Turkustan.az xəbər verir ki, HƏMAS-ın bəyanatında deyilir: "Hərəkatın Qəzza zolağındakı siyasi bürosunun üzvü İsmayıl Bərhumun şəhadəti bizi dərindən kədərləndirdi. O, Xan Yunusdakı Nasser xəstəxanasında müalicə alarkən qorxaqcasına öldürülməsi nəticəsində həyatını itirdi".

HƏMAS xəstəxanadakı partlayışı Fələstin xalqına qarşı “sionist müharibə cinayətlərinin” təhlükəli artması və beynəlxalq hüquq və normaların açıq şəkildə pozulması kimi qiymətləndirib.

Qəzza Səhiyyə Nazirliyi İsrail ordusunun Nasser xəstəxanasına hücumu nəticəsində iki nəfərin öldüyünü açıqlayıb.

İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunus şəhərindəki Nasser xəstəxanasının cərrahiyyə şöbəsini hədəfə alıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ