ABŞ Yəmənin paytaxtını vurdu: Ölənlər var


Husilərə məxsus Əl-Məsirə televiziyası “Düşmən ABŞ-ın paytaxt Sənanın Main rayonundakı Əsr məhəlləsindəki binaya endirdiyi hava zərbəsi nəticəsində 4 nəfər həlak olub.

Turkustan.az xəbər verir ki, hücum zamanı çoxlu sayda mülki vətəndaşın da yaralandığı bildirilib. ABŞ döyüş təyyarələrinin də Yəmənin Hudeydə şəhərinin müxtəlif bölgələrinə hücumlar təşkil etdiyi bildirilib.

Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıb.

ABŞ prezidenti Donald Tramp martın 15-də “Truth” sosial platforması hesabında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verdiyini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ