Kılıçdaroğluya etiraz: Ölkəni bu vəziyyətə sən gətirdin… - VIDEO


CHP-nin prezidentliyə partiyasının namizədini müəyyənləşdirmək üçün bu gün keçirdiyi ilkin seçkilərində maraqlı anlar yaşanıb.

Turkustan/az xəbər verir ki, səsvermə zamanı CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlunu görən bir vətəndaş ona sərt etirazını bildirib.

"Ölkəni bu vəziyyətə sən gətirdin", - deyə o, CHP-nin sabiq liderinə deyib.

Hadisə sosial şəbəkələrdə və media platformalarında geniş müzakirə olunub. Kılıçdaroğlu isə vətəndaşın sözlərinə hər hansı cavab verməyib və avtomobilinə əyləşərək oradan uzaqlaşıb.

/axar.az/


MANŞET XƏBƏRLƏRİ