Rusiya nümayəndə heyəti Ər-Riyada getdi - NƏ BAŞ VERİR?


Rusiya nümayəndə heyəti Rusiya və ABŞ ekspert qrupları arasında məsləhətləşmələrdə iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib.

Turkustan/az xəbər verir ki, TASS bu barədə iclas iştirakçılarından biri, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasinə istinadən məlumat yayıb.

“Nümayəndə heyəti Ər-Riyada gəlib”, - rusiyalı deputat bildirib.

Onun sözlərinə görə, nümayəndə heyətləri arasında danışıqlar bazar ertəsi, sentyabrın 24-ü səhər başlayacaq. Martın 24-də Ər-Riyadda danışıqlar aparacaq Rusiya və ABŞ nümayəndələrinin görüşü "The Ritz-Carlton" otelində baş tutacaq.

Rusiya nümayəndə heyətinə Karasin və FSB direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək.

ABŞ-ın Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq bildirib ki, Vaşinqton Ər-Riyadda Rusiya və Ukrayna nümayəndələri arasında “dolayı danışıqlar” aparacaq. /publika.az/


MANŞET XƏBƏRLƏRİ