Putin həyatını dəyişən filmdən danışdı: Öz işini gördü


Rusiya Prezidenti Vladimir Putin onu kəşfiyyat orqanlarında işləməyə nəyin vadar etdiyindən danışıb.

Turkustan.az Publika.az-a istinadla xəbər verir ki, Putin hələ məktəbi bitirməmiş kəşfiyyata getmək istədiyini etiraf edib.

Rusiya prezidenti bunun “Qalxan və qılınc” filmi sayəsində baş verdiyini bildirib.

Onun sözlərinə görə, gəncliyində bu, Marsa uçuş kimi əlçatmaz bir şey kimi görünürdü. Putin həm də dənizçi, pilot olmaq istəyib və Leninqradda Mülki Aviasiya Akademiyasına daxil olmağı planlaşdırıb:

“Ancaq sonra “Qalxan və qılınc” kimi kitablar və filmlər öz işini gördü”.

Prezident qeyd edib ki, o, bir nəfərin minlərlə insanın taleyini necə həll etdiyinə heyran olub.

1975-ci ildə Vladimir Putin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib və Dövlət Təhlükəsizlik Komitəsində işə təyin olunub.

Qeyd edək ki, “Qalxan və qılınc” filmi 1967-ci ildə rejissor Vladimir Basov tərəfindən Vadim Kojevnikovun eyniadlı romanı əsasında çəkilib.


MANŞET XƏBƏRLƏRİ