Ukaryna ordusu bu kəndi azad etdi


Ukrayna ordusunun 3-cü hücum briqadası Luqansk vilayətinin Svatovsk rayonunun Nadejda yaşayış məntəqəsini azad edib.

Turkustan.az xəbər verir ki, bu barədə briqadadan məlumat verilib.

“Briqada, ilk növbədə 1-ci hücum batalyonu Nadejda yaşayış məntəqəsi üzərində nəzarəti bərpa edib. Düşmən Nadejdanı iki aylıq hücumdan sonra işğal etmişdi. Nəticədə Rusiya Silahlı Qüvvələrinin 20-ci ordusunun 752 və 254-cü alayları böyük canlı qüvvə itkisi verib”, - məlumatda qeyd olunub. /axar.az/


MANŞET XƏBƏRLƏRİ