SON DƏQİQƏ! İmamoğlunun baş katibi azadlığa buraxıldı, ilk açıqlaması - VİDEO


Musavat.com xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin baş katibi Can Akın Çağlar İstanbul Prokurorluğunda ifadə verdikdən sonra məhkəmənin qərarı ilə “adli kontrol” – yəni məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Turkustan.az Musavat.com-a istinadən Çağların binadan çıxarkən çəkilən görüntülərini, jurnalistlərin suallarına cavabları təqdim edir.

Çağlar korrupsiya və sui-istifadə iddiaları ilə bağlı istintaq çərçivəsində saxlanılan şəxslərdən biri idi. O, ifadə verdikdən sonra sərbəst buraxılıb, lakin istintaq davam edir və onun müəyyən şərtlərlə azadlıqda qalmasına qərar verilib.


MANŞET XƏBƏRLƏRİ